Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

Oxunma vaxtı:17 Saniyə

Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq.

Şəhərin Azərbaycan məhəlləsinin bir hissəsini, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 9:00-dan suyun verilməsində fasilə yaranacaq.

İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Loading

Next Post

Rusiya ermənilərinin rəhbəri: Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur

“Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur”. Bunu TASS agentliyinə müsahibəsində Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan deyib. O həmçinin ölkəsinin Avropa İttifaqına üzvlük perspektivlərini də dəyərləndirib: “Bizi bu ittifaqa heç kim dəvət etmir. Özümüz ora üzv olmaq istəyirik. Avropa İttifaqında da deyirlər ki, əlbəttə, buyurun. Onlar niyə belə deyir? […]