Rusiya ermənilərinin rəhbəri: Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur

Oxunma vaxtı:22 Saniyə

“Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur”.

Bunu TASS agentliyinə müsahibəsində Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan deyib.

O həmçinin ölkəsinin Avropa İttifaqına üzvlük perspektivlərini də dəyərləndirib:

“Bizi bu ittifaqa heç kim dəvət etmir. Özümüz ora üzv olmaq istəyirik. Avropa İttifaqında da deyirlər ki, əlbəttə, buyurun. Onlar niyə belə deyir? Ukraynaya niyə silah və pul verirlərsə, o səbəbdən. Yəni, Rusiyaya ziyan vurmaq üçün. Paşinyanın da qarşısında eyni şərti qoyublar, lakin o bunu anlamır”.

Loading

Next Post

İranda məhkəmə binasına silahlı hücum edilib, ölən və yaralananlar var

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum edilib. Bir neçə silahlı şəxs binaya soxulub. Hücum nəticəsində məhkəmə işçiləri və hərbçilər arasında ölən və yaralananlar var. Şahidlər bildiriblər ki, hücum edənlər binanın içərisində atəş açıblar. Zərərçəkənlərin dəqiq sayı hələlik açıqlanmır.