KİV: İrana qarşı istifadə olunmuş “Patriot”ların sayı onun illik istehsalından 2 dəfə çoxdur

Oxunma vaxtı:21 Saniyə

Müharibənin yalnız ilk günlərində ABŞ-ın müttəfiqləri əsasən İran dronlarına qarşı minə yaxın “Patriot PAC-3” raketindən istifadə ediblər.

Bu barədə analitiklər bildirir.

Məlumata görə, bu həmin raketlərin illik istehsalından demək olar iki dəfə çoxdur.

Ekspertlər qeyd edirlər ki, eyni zamanda, münaqişə bir növ silah yarışı halını alıb.

“Bu bir yarışdır – hansı tərəfin silah ehtiyatları əvvəl tükənəcək: bizim, yoxsa İranın”, – Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Mark Kansian “Bloomberg“ə bildirib.

Loading

Next Post

Sudan lideri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri. Azərbaycan ərazisinin İran ərazisindən pilotsuz uçuş aparatları ilə hədəfə alınması və bunun nəticəsində hava məkanınızın pozulması barədə xəbərləri narahatlıqla izlədik. Bu, beynəlxalq hüququn prinsiplərinin və dövlətlərin suverenliyinə hörmət qaydalarının açıq şəkildə […]