“Xersonda 5 mindən çox sakin təxliyə edilib” – Rusiya FHN

alfonsonri
Oxunma vaxtı:41 Saniyə

Xerson vilayətinin su basmış ərazilərindən 5 mindən çox sakin təxliyə edilib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, xilasedicilər 154-ü uşaq olmaqla, 1 534 nəfəri qayıqlarla bölgədən çıxarıb. Ümumilikdə, 5 133 nəfər, o cümlədən 178 uşaq və 66 hərəkət məhdudiyyətli şəxs təxliyə edilib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Fövqəladə Hallar Nazirliyinə zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsini tapşırmışdı .

Qeyd edək ki, Kaxovskaya SES iyunun 6-da qismən dağılıb. Dnepr çayının hər iki tərəfindəki yaşayış məntəqələrini su basıb, sol sahilə rus qoşunları, sağ sahilə isə ukraynalılar nəzarət edir. Tərəflər baş verənlərə görə bir-birini günahlandırır. Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Volodimir Saldo bildirib ki, su sızması nəticəsində 7 nəfər ölüb, 62 nəfər xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, regionda yaşayış evlərinin dağıdılması nəticəsində dəyən zərər ən azı 1,5 milyard rubl təşkil edəcək.

Loading

Next Post

“SOCAR PETROLEUM”un baza direktorunun cinayət işi: 274 min manatlıq mənimsəmə...

“SOCAR PETROLEUM” QSC-yə məxsus 3 saylı Sabirabad Neft Terminalı Bazasının direktoru Bayram Bağırovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, istintaqla Bayram Bağırovun həmin vəzifədə işləyərkən rəsmi sənədlərin məzmununa bilə-bilə yalan […]