NATO İranın Türkiyəni hədəf almasını qınayıb

Oxunma vaxtı:26 Saniyə

NATO İranın Türkiyəni hədəf almasını qınayıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Hadisəni şərh edən NATO sözcüsü bildirib ki, müdafiə mövqeləri hava və raketdən müdafiə də daxil olmaqla bütün sahələrdə güclü olaraq qalır.

“İranın bölgə üzrə ayrı-seçkilik etmədən davam etdirdiyi hücumlar qarşısında NATO Türkiyə də daxil olmaqla bütün müttəfiqlərinin yanında qətiyyətlə dayanır”.

Qeyd edək ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Loading

Next Post

Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib

Martın 4-də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, dövlətimizin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edildiyini vurğulayıb. […]