ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik edib

Oxunma vaxtı:21 Saniyə

ABŞ səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən “Columbus Crew” klubu ilə müqavilə imzalaması münasibətilə təbrik edib.

Səfirlik bununla bağlı sosial şəbəkə hesabında təbrik mesajı yayımlayıb.

Bildirilib ki, “Qarabağ”ın heyətində nümayiş etdirdiyi oyunla rəğbət qazanan istedadlı gənc hücumçu Major League Soccer (MLS) ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.

“Eyni zamanda, “Qarabağ” klubuna bu axşam Çempionlar Liqasında uğurlar və inamlı qələbə arzulayırıq!”, – səfirliyin mesajında qeyd olunub.

Loading

Next Post

Zelenski: Rusiya yekun mərhələyə çata biləcək danışıqlar prosesini uzatmağa çalışır

Rusiya artıq yekun mərhələyə çata biləcək danışıqlar prosesini uzatmağa çalışır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna danışıqlarını şərh edərkən qeyd edib. O, bu gün davam edən danışıqlarda Ukrayna nümayəndə heyətinə verdiyi tapşırıqlar barədə məlumatı bölüşüb. “Mən Ukrayna heyətinə aydın şəkildə göstəriş verdim ki, danışıqların məhsuldar olması və sülhün bərqərar […]