Zelenski: Rusiya yekun mərhələyə çata biləcək danışıqlar prosesini uzatmağa çalışır

Oxunma vaxtı:23 Saniyə

Rusiya artıq yekun mərhələyə çata biləcək danışıqlar prosesini uzatmağa çalışır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna danışıqlarını şərh edərkən qeyd edib.

O, bu gün davam edən danışıqlarda Ukrayna nümayəndə heyətinə verdiyi tapşırıqlar barədə məlumatı bölüşüb.

“Mən Ukrayna heyətinə aydın şəkildə göstəriş verdim ki, danışıqların məhsuldar olması və sülhün bərqərar edilməsi ehtimalının artırılması üçün nə mümkündür edilsin. Bu gün həm də humanitar məsələlər müzakirə olunacaq. Söhbət girovların mübadiləsi və mülki şəxslərin azad edilməsindən gedir”, – Zelenski bildirib.

Loading

Next Post

Ali Məhkəmə: “WhatsApp” yazışmalarının xəbərsiz izlənilməsi qadağandır

Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqelər açıqlayıb. Bu barədə APA-ya Ali Məhkəmədən bildirilib. Plenum qərarında qeyd edilib ki, bu hüquq hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini qorumağa təminat verir. Şəxsin razılığı […]