Aİ missiyası atışma olan kəndə getməkdən imtina edib

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Aİ missiyasının nümayəndələri aprelin əvvəlində Tex kəndində (Dığ) olublar.

Bu barədə Ermənistan parlamentinin deputatı Armen Xaçatryan bildirib.

“Mən bildiyimə görə, hələ aprelin əvvəlində ora gediblər və monitorinq aparıblar. Amma müşahidənin nəticələri barədə heç nə deyə bilmərəm”, – Xaçatryan deyib.

Qeyd edək ki, erməni KİV-də yayılan məlumata görə, Ermənistan XİN-in səylərinə baxmayaraq, Avropa İttifaqının (Aİ) müşahidə missiyası Dığ kəndi istiqamətindəki erməni mövqelərinə getməyib. Aİ missiyası hətta erməni hərbçilərin müşayiəti ilə belə kəndi ziyarət etməkdən imtina edib.

Loading

Next Post

Şəhidimizin nəşi Naxçıvana aparıldı

Ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçu Səbuhi Gündüz oğlu Tağıyevin nəşi Naxçıvana aparılıb. Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi keçirilib. Şəhid Tağıyev Səbuhi Gündüz oğlu bu gün Şahbuz rayonunun Badamlı qəsəbəsində dəfn olunacaq. Qeyd edək ki, Səbuhi […]