Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb

Oxunma vaxtı:21 Saniyə

Bakının Nərimanov rayonunda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlanıb.

Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı odlu silah, ona məxsus 1 ədəd daraq və 9 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Kubada Venesuela variantına hazırlıq – "Azadlıq adası"nın "halına yanan gərək" - ŞƏRH

ABŞ-nin Kubaya təzyiqləri davam edir. Ötən gün Ağ Ev Kubada ÜDM-in 40 faizinə nəzarət edən dövlətin beş şirkətinə yeni sanksiya tətbiq edib.“Azadlıq adası”nın Xarici İşlər Nazirliyi yeni yasaqları “amansız təcavüz” adlandırıb. Sanksiyaya məruz qalan Kubanın beş dövlət şirkətindən üçü İnqilabi Silahlı Qüvvələri tərəfindən idarə olunan “Grupo de Administración Empresarial S.A.” […]