Ərdoğan: “Türkiyənin yeni konstitusiyaya ehtiyacı var”

Oxunma vaxtı:54 Saniyə

Son 20 ildə Türkiyədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, qanunun aliliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm islahatlar həyata keçirilib.

Bunu cümə axşamı Türkiyə Ali Məhkəməsində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O, qeyd edib ki, Türkiyənin hazırkı Konstitusiyası 1982-ci ildə qəbul edilib və bir sıra dəyişikliklərə baxmayaraq, artıq dövrümüzün çağırışlarına cavab vermir.

Türkiyə lideri xatırladıb ki, hakim Ədalət və İnkişaf Partiyası ötən il ölkənin Əsas Qanunu layihəsini hazırlayıb, lakin bu təşəbbüs digər siyasi qüvvələr tərəfindən lazımi dəstək almayıb.

Prezident Ərdoğan həmçinin bildirib ki, Türkiyə artıq bir sıra ölkələrdə tətbiq olunan “hüquqi müdafiə sığortası” sistemini tətbiq etməyi planlaşdırır.

“Müəyyən dairələr Türkiyənin məhkəmə sistemini cinayət təşkilatlarının alətinə çevirməyə çalışır. Biz buna imkan verməyəcəyik! Dünya ictimaiyyəti birdəfəlik dərk edir ki, Türkiyə Cümhuriyyəti qaranlıq qüvvələrin rəhbərlik etdiyi dövlət deyil”, – deyə dövlət başçısı əmin edib.

Türkiyə prezidenti daha sonra Avropa İnsan Haqları Məhkəməsini (AİHM) tənqid edib. Ərdoğan AİHM-i ədalət prinsiplərindən uzaq siyasi motivli qərar qəbul edən qurum adlandırıb:

“Türkiyədən söhbət gedəndə siyasi motivli hökmlər verilir, Almaniya və ya Fransada iddialar müzakirə olunanda isə tamam başqa planla qərarlar verilir”, – deyə dövlət başçısı bəyan edib./Oxu.az

Loading

Next Post

Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqillik yolunun başlanğıcıdır

Ümummilli lider Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclsinin sədri seçilməsindən 31 il ötür. Ulu öndərin dövlət, millət qarşısında xidmətləri zaman keçdikcə daha da aydın görünür. Onun ən əsas istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən müstəqil, güclü, müasir dövlətinin yaradılması idi. 1991-ci il sentyabr ayının 3-də Ulu […]