Ərdoğan: Hazırda İstanbuldakı zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur

Oxunma vaxtı:26 Saniyə

Hazırda İstanbulda baş verən zəlzələ ilə bağlı narahatlığa heç bir əsas yoxdur.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə Daxili İşlər Nazirliyi yanında Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və Səhiyyə Nazirliyi, ümumilikdə bütün dövlət qurumları təbii fəlakətlə bağlı hazırda gücləndirilmiş iş rejimində işləyir:

“Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Biz də prosesi çox yaxından izləyirik. Bütün dövlət qurumları fövqəladə hallara tam hazır vəziyyətdədir. Müvafiq şəxslərdən zəlzələ ilə bağlı son məlumatları almışam. Hələ ki narahatlıq doğuracaq bir vəziyyət yoxdur”.

Loading

Next Post

Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI

Bakının bir çox yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” […]