Rusiya ordusu Xarkovda daha bir kəndə nəzarəti ələ keçirdi

Oxunma vaxtı:18 Saniyə

Rusiya ordusu Xarkov vilayətində İvanovka kəndinə nəzarəti ələ keçirib.

Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Bildirilir ki, sözügedən yaşayış məntəqəsinə nəzarət “Qərb” qoşun qruplaşmasının bölmələri tərəfindən təmin edilib. 

Bununla yanaşı, rusiyalı hərbçilərin Novovodyane və Qriqorovka kəndləri yaxınlığında Ukrayna ordusunun üç əks-hücum əməliyyatının qarşısını aldığı vurğulanıb.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri bu zaman 405 hərbçisini itirib.

Loading

Next Post

Putin: "Rusiya Özbəkistana qaz tədarükünü artırmağa hazırdır"

Rusiya Qazaxıstan vasitəsilə Özbəkistana nəql olunan qazın həcmini artırmağa hazırdır. Bunu Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə geniş tərkibdə danışıqlar zamanı deyib. V.Putin Qazaxıstan vasitəsilə Özbəkistana Rusiya qazının nəqlinə başlandığını xatırladıb: “Hazırda ixrac qrafikdən çox irəlidə aparılır, lazım olduqda bu həcmi artırmağa hazırıq”. Xatırladaq ki, 2023-cü il oktyabrın […]