Hindistanda baş verən yanğın nəticəsində 15 nəfər ölüb

Oxunma vaxtı:28 Saniyə

Hindistanın şimalındakı Lakhnau şəhərində yerləşən tədris mərkəzində baş verən güclü yanğın nəticəsində 15 nəfər həlak olub.

Yerli xəstəxanada bu məlumatı təsdiqləyiblər.

Mövcud məlumatlara görə, kommersiya obyektinin daxilində baş verən yanğın sürətlə yayılıb və bir saatdan çox davam edib.

Hadisənin şahidləri qeyd ediblər ki, bir neçə nəfər özünü binanın pəncərələrindən aşağı atıb, bir qismi isə yanğın başlayandan sonra binada köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə polis və yanğından mühafizə xidmətinin əməkdaşları gəliblər, həmçinin ölkənin Baş naziri Narendra Modi və digər rəsmilər də yanğın yerinə baş çəkiblər.

Yanğın lokallaşdırılıb, hazırda onun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Loading

Next Post

Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və […]