Ərdoğan seçki öncəsi işıq və qaz tariflərini endirdi

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

“Aprel ayından etibarən bütün abonent qruplarında elektrik enerjisinə 15 faiz, təbii qaz tarifinə 20 faiz endirim edəcəyik”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya TBMM Qrup Toplantısında çıxışı zamanı deyib.

“İnvestisiya, məşğulluq, istehsal, ixrac və cari profisitlə ölkəmizi böyütmək məqsədimizə töhfə verən sənayeçilərimizi dəstəkləmək üçün nə lazımdırsa etməyə davam edəcəyik. Aprelin 27-də Akkuyudakı Atom Elektrik Stansiyamıza yanacaq yükləyərək rəsmi olaraq nüvə obyekti statusunu verəcəyik”, – deyə Türkiyə lideri açıqlayıb.

Loading

Next Post

Bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCAM

Prezident İlham Əliyev 2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “1. Müəyyən edilsin ki, 2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu […]