Uşakov: Putin Si Cinpinin 2026-cı ildə Çinə səfər dəvətini qəbul edib

Oxunma vaxtı:22 Saniyə

Çin Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini 2026-cı ilin birinci yarısında Çinə rəsmi səfərə dəvət edib.

Bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, Putin bu dəvəti qəbul edib, həmçinin noyabrda Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etməyə hazırdır.

Y.Uşakov əlavə edib ki, Rusiya Prezidenti və Çin Sədrinin fevralın 4-də videokonfrans formatında söhbəti 1 saat 25 dəqiqə davam edib.

Loading

Next Post

Rusiya ordusu Donetsk bölgəsini kasetli sursatlarla atəşə tutub, 7 nəfər ölüb

Rusiya ordusu Donetsk bölgəsindəki Drujkivski şəhərini kasetli sursatlarla atəşə tutub, nəticədə 7 nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə Donetsk vilayətinin rəhbəri Vadim Filaşkin “Telegram” kanalında bildirib. “Zərbə birbaşa səhər saatlarında insanların kütləvi toplaşdığı bazara endirilib. Hazırda 7 nəfərin həlak olduğu, 8 nəfərin isə yaralandığı məlumdur”, – vilayət rəhbəri qeyd […]