ABŞ Rusiya ilə Ukraynadakı vəziyyəti nizamlamaq üçün nə etməyə hazır olduğunu müzakirə etmək istəyir

Oxunma vaxtı:29 Saniyə

Rusiya ilə növbəti danışıqlarda ABŞ Moskvanın Ukraynadakı münaqişənin həlli üçün nə etməyə hazır olduğunu müzakirə etməyi gözləyir.

Bunu ABŞ dövlət katibi Marko Rubio “Breitbart News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ər-Riyadda keçirilən danışıqlarda Rusiya nümayəndələri açıq şəkildə bildiriblər ki, Moskva Ukraynadakı münaqişənin düzgün şərtlərlə bitməsində maraqlıdır:

“Biz bu şərtlərin nə olduğunu müzakirə etməmişik. Beləliklə, növbəti addım müəyyən bir mərhələdə onlarla yenidən görüşmək, lazımi insanları toplamaq və münaqişəyə son qoymaq üçün Rusiyadan nə tələb olunacağını müəyyənləşdirməyə başlamaqdır. Eyni sual Ukraynaya da veriləcək”.

Rubio əlavə edib ki, BMT Baş Assambleyasının qətnamələri Ukraynadakı münaqişənin həllinə kömək etmir.

Loading

Next Post

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,19 ABŞ dolları, yaxud 0,25 % azalaraq 76,71 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 74,57 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light […]