Amsterdamda israilli azarkeşlərə hücum – 10 yaralı

Oxunma vaxtı:37 Saniyə

Amsterdamda İsrailin “Maccabi Tel Aviv”lə Niderlandın “Ajax” klubları arasında baş tutan futbol matçından sonra insident yaşanıb.

Oyundan sonra maskalı şəxslər israilli azarkeşlərə hücum edib. 

Hücum edən şəxslərdən bəziləri Fələstinə dəstəklə bağlı şüarlar səsləndirib. 

Bununla yanaşı, həmin şəxslər İsrail vətəndaşlarının yerləşdiyi hotellərə daxil olmağa cəhd edib. 

Hücumun Amsterdamın bir neçə hissəsində qeydə alındığı bildirilib. İsrail Xarici İşlər Nazirliyi isə insident zamanı 10 nəfərin yaralandığını, 2 nəfərin isə itkin düşdüyünü açıqlayıb. 

Niderland polisinin məlumatına görə, hadisə ilə bağlı 60-dan çox şəxs saxlanılıb, 5 nəfər xəstəxanaya yerləşdirilib.  

Bununla yanaşı, İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarının dərhal ölkəyə qaytarılması üçün Niderlanda 2 təyyarə göndərilməsi barədə göstəriş verib. 

Eyni zamanda, İsrail XİN Amsterdamda olan israilliləri hotelləri tərk etməməyə çağırıb.

Loading

Next Post

COP29-un “Yaşıl zona”sına bilet satışı başlayır

Sabahdan etibarən COP29-un “Yaşıl zona”sına bilet satışı başlayır. COP29-da yaşıl zona üzrə tamaşaçı qismində iştirak etmək istəyənlər “İticket.az”dan bilet əldə edə bilərlər. Məhdud sayda olan biletlər pulsuz veriləcək. Müəyyən tarix üçün nəzərdə tutulan bütün biletlər tükəndikcə satış dayandırılacaq. Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək COP29 konfransı 11-22 noyabr aralığını əhatə […]