Kallas: Aİ bu gün Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə razılığa gələ bilməyəcək

Oxunma vaxtı:31 Saniyə

Avropa İttifaqının xarici işlər nazirləri bu gün Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 20-ci sanksiya paketi barədə razılığa gələ bilməyəcək.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Əlbəttə ki, biz 20-ci sanksiya paketini müzakirə edəcəyik. Görürsünüz ki, bu gün heç bir irəliləyiş olmayacaq, amma biz səy göstərəcəyik. Bütün etirazları dinləyəcək və nə edilə biləcəyini nəzərdən keçirəcəyik”, – o qeyd edib.

Onun sözlərinə görə, Avropa Komissiyası sanksiyaların tətbiqi üçün əlindən gələni edir və onları bloklayan ölkələrlə işləyir.

Kallas əlavə edib ki, bu gün həmin ölkələrin mövqelərini dəyişəcəyi ehtimalı görünmür.

Loading

Next Post

Səməd Vurğunun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi […]