Bu ölkə Türkiyəyə 15 milyon dollar yardım etdi

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Küveyt “əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkmiş bölgələrə 15 milyon dollarlıq yardım edib. 

Bu barədə ölkənin rəsmi xəbər agentliyi olan KUNA məlumat yayıb. 

Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah və vəliəhd şahzadə Meşəl əl-Əhməd əl-Cabir əs-Sabah, hücumdan təsirlənən Türkiyə və Suriyaya 30 milyon dollar verilməsini əmr edib.

Bildirilib ki, sözügedən məbləğdən 15 milyon dollar Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə, 15 milyon dollar isə Suriyadakı bölgələrə göndəriləcək.  Küveytin göndərdiyi 46 nəfərlik axtarış-xilasetmə qrupu da Hataydakı işlərə cəlb olunub. 

Loading

Next Post

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI

2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar ayına nisbətən 113,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 112,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,7 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən (DSK)  verilən məlumata görə,  2023-cü ilin yanvar ayında […]