Güllələnən Baş nazirin vəziyyəti yaxşılaşır

Oxunma vaxtı:24 Saniyə

Slovakiyanın sui-qəsd nəticəsində yaralanan baş naziri Robert Fitsonun səhhətində irəliləyiş müşahidə edilir.

Bu barədə onun müalicə olunduğu “Roosevelt Hospital” tibb mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, hökumət başçısı ətrafındakılarla sərbəst şəkildə ünsiyyət saxlaya bilir.

Xatırladaq ki, mayın 15-də Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş açanın motivi siyasi olub. Baş nazirinin həyatına sui-qəsd 71 yaşlı yazıçı Yuray Tsintula tərəfindən edilib.

Loading

Next Post

Sədr müavini: Bəzən icra hakimiyyətləri sanki zorla bu işlə məşğul olur

Bu gün hələ də məişət zorakılığının qarşısının alınması istiqamətində görüləcək işlər var. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova mayın 20-də parlamentdə qurumun ötən ilki hesabatı ilə bağlı danışarkən deyib. “Bu sahədə fəaliyyət göstərən monitorinq qruplarının işi gücləndirilməlidir. Onların özlərində bu işə yanaşmada […]