KİV: İsrail Mahmud Abbasa sanksiya tətbiq etməyi düşünür

DogruSozTv Az
Oxunma vaxtı:28 Saniyə

İsrailin yüksək səviyyəli rəsmiləri Fələstin hakimiyyəti üzvlərinə sanksiya tətbiq etməyi düşünür.

Qərb ölkələrinin Fələstini dövlət kimi tanımağına cavab olaraq, belə bir addım atıla bilər.

Təklif onunan sanksiyalar Fələstin hakimiyyətinin prezidenti Mahmud Abbas və vitse-prezident Hüseyn əl-Şeyxə də şamil edilə bilər.

Sanksiyalara Fələstin rəsmilərinin İordan çayının qərb sahilində hərəkət azadlığının məhdudlaşdırılması da daxildir və onların ailələrinin xaricdən sifariş etdiyi bir sıra məhsulların gətirilməsinə qadağa qoyulması ehtimalı var.

Qeyd edək ki, Fransa, Luksemburq, Malta, Monako, Andorra və Belçika kimi ölkələr BMT Baş Assambleyasının 80-ci sessiyasında Fələstini rəsmi olara dövlət kimi tanıyıb.

Loading

Next Post

Bakıda daha 5 stansiya tikiləcək - ÜNVANLAR

Bakıda bundan sonra daha 5 metro stansiya tikiləcək. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, stansiyalardan biri “Nizami” metrostansiyasının yaxınlığında olacaq. Həmin stansiyadan birbaşa “Nizami”yə keçid olacaq. “Avtovağzal”  stansiyasından hərəkətə başlayan sərnişin həmin stansiyasından yaşıl xəttə daxil ola biləcək. Bəxtiyar Məmmədov qeyd […]