Bakıda daha 5 stansiya tikiləcək – ÜNVANLAR

DogruSozTv Az
Oxunma vaxtı:28 Saniyə

Bakıda bundan sonra daha 5 metro stansiya tikiləcək.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, stansiyalardan biri “Nizami” metrostansiyasının yaxınlığında olacaq. Həmin stansiyadan birbaşa “Nizami”yə keçid olacaq. “Avtovağzal”  stansiyasından hərəkətə başlayan sərnişin həmin stansiyasından yaşıl xəttə daxil ola biləcək.

Bəxtiyar Məmmədov qeyd edib ki, dövlət layihəsində 10 stansiya nəzərdə tutulub.

“Digər 4-ü “Xətai” stansiyasınsan sonra “Yaşıl xətt” üzrə olacaq. “Nizami” parkı yaxınlığında, NZS-ə dönən ərazidə 1 stansiya olacaq. “Nargilə” adlanan ərazidə mütləq 1 stansiyanın olması ərazinin  inkişafı baxımdan önəmlidir”.

Loading

Next Post

Azərbaycan idmançıları MDB Oyunlarında - Əvvəlki iki yarışda 122 medal qazanılıb - ARAŞDIRMA

Azərbaycan idmançıları indiyədək keçirilmiş MDB Oyunlarında 122 medal qazanıblar. Onlardan 25-i qızıl, 33-ü gümüş, 64-ü bürünc mükafat olub. Azərbaycan bu göstəriciyə görə yarışda iştirak edən ölkələr arasında medal sıralamasında beşinci pillədə qərarlaşıb. Qazaxıstan (159 medal: 25 qızıl, 49 gümüş, 85 bürünc) dördüncü, Özbəkistan (197 medal: 51 qızıl, 57 gümüş, 89 […]