Azərbaycanda uşaqlarla bağlı texniki reqlament layihələri hazırlanıb

Oxunma vaxtı:23 Saniyə

“Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş malların təhlükəsizliyinə dair texniki reqlament” və “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” layihələri ictimai müzakirəyə təqdim olunub.

Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hər iki layihə ilə bağlı ictimai müzakirə prosesi başa çatdıqdan sonra sənədlər təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Məqsəd uşaqların istifadə etdiyi məhsulların və oyun avadanlıqlarının təhlükəsizlik standartlarının artırılması və istehlakçıların hüquqlarının qorunmasıdır.

Loading

Next Post

Mikayıl Cabbarov: "Azərbaycan “yaşıl keçid” prosesini inkişaf etdirmək məqsədinə sadiqdir"

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) qlobal iqtisadi artımın və “yaşıl keçid”in sürətlənməsinə təkan verən investisiyaları mühüm əhəmiyyət kəsb edir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bankın Müdirlər Şurasının plenar sessiyasında çıxışı zamanı deyib. “Azərbaycan qlobal çağırışların həlli və “yaşıl keçid” prosesini inkişaf etdirmək məqsədlərinə sadiqdir. Ölkəmiz COP29-a ev sahibliyi etməklə […]