Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Oxunma vaxtı:46 Saniyə

Xalq yazıçısı Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarı ziyarət edilib.

Ziyarət zamanı həmçinin Xalq yazıçısının qəbirüstü abidəsinin açılışı olub.

Mərasimdə Mədəniyyət Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Ombudsman Aparatının rəhbərliyi, diplomatik korpusun nümayəndələri, eləcə də, Milli Məclisin üzvləri, mədəni-elmi ictimaiyyət, həmçinin mərhum yazıçının ailə üzvləri iştirak ediblər.

Çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Xalq yazıçısı Elçinin Azərbaycan ədəbiyyatında önəmli yerə sahib olduğunu qeyd edib. Nazir müavini bildirib ki, Elçinin yaradıcılığı yaşadıqca özü də insanların xatirəsində yaşayaq.

Xalq yazıçısı Anar da, öz növbəsində, Elçinin xatirəsinə ehtiramını bildirirək onun yaradıcılığını Azərbaycan ədəbiyyatı üçün yeni bir cığır adlandırıb.

Xalq yazıçısının qızı deputat Günay Əfəndiyeva bildirib ki, atasının vəfatından sonra davamlı şəkildə insanlardan xoş sözlər eşidib: “Atam çox şərəfli ömür yaşayıb və mən şadam ki, onun vəfatından sonra hər kəs onu xoş xatirələrlə yad edir, xatirəsini yaşadır”.

G.Əfəndiyeva, həmçinin Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə də Xalq yazıçısının xatirəsinə göstərdikləri diqqət və qayğıya görə təşəkkür edib.

Loading

Next Post

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ […]