KİV: Tailandla münaqişədə 12 kambocalı ölüb

Oxunma vaxtı:21 Saniyə

Bu ayın əvvəlindən Kamboca və Tailand arasındakı kəskinləşən sərhəd münaqişəsi 12 kambocalının ölümünə, daha 74 nəfərin yaralanmasına səbəb olub.

Bu barədə Kambocanın informasiya naziri Net Pheaktra bəyan edib.

Bildirilib ki, 400 mindən çox sakin evlərini tərk etməyə məcbur olub.

Bəyanatda qeyd edilib ki, Tailand ordusu qırıcıları daxil olmaqla ağır silahlardan istifadə edib.

Kamboca Müdafiə Nazirliyi bildirib ki, Tailandın F-16 qırıcıları ölkənin şimal-qərbindəki Siemreap əyalətində qaçqın düşərgələrinin yaxınlığına bombalar atıb.

Loading

Next Post

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb

Azərbaycanda bərpa olunan enerji mənbələrinin (BOEM) dinamik inkişafı üçün “AzərEnerji” tərəfindən genişmiqyaslı Batareya Enerji Saxlanc Sistemlərinin (BESS) gətirilərək qurulmasına başlanılıb. Bütünlükdə MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc Sistemləri olan bu enerji obyektləri paytaxta yaxın 500 kV-luq “Abşeron”, eləcə də ölkənin mərkəz hissəsində yerləşən 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində […]