Türkiyə Nazirlər Kabineti Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Oxunma vaxtı:25 Saniyə

Bu gün, sentyabrın 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə Nazirlər Kabinetinin toplantısında Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.

Məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin toplantısında İsrailin Qəzza zolağı və Livanda keçirdiyi əməliyyatlar və onların nəticələri də müzakirə olunacaq. Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahın öldürülməsindən sonra bölgədə müharibənin yayılması ehtimalı və Türkiyənin atacağı addımlar barədə də fikir mübadiləsi aparılacaq.

Toplantıda Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirdiyi diplomatik görüşlər barədə də məlumat verəcək.

Loading

Next Post

Bu kolleclərdə yeni təyinatlar - Foto

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Elza Qurbanova Ağdaş Dövlət Humanitar Kollecinə, Firuzə Fərmanlı isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib […]