Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Oxunma vaxtı:25 Saniyə

Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb. Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Loading

Next Post

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ Prezidenti Donald Trampın tərəflərin razılaşmaya yaxınlaşdığı və danışıqların bu gündən başlayacağı barədə bəyanatını təkzib edib. APA-nın Tehran bürosunun məlumatına görə, Bəqai bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Ərbəin yürüşü mərasimində iştirak etmək üçün İraqa yola düşür və bu […]