İran dronlarından biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb

Oxunma vaxtı:17 Saniyə

İran ərazisindən uçan dronlardan biri Naxçıvan Muxtar Respblikasının Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Bu barədə “Report”un yerli bürosu xəbər verir.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, daha 1 ədəd dron isə Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına düşüb. Nəticədə iki nəfər mülki şəxs xəsarət alıb.

Loading

Next Post

Rəsmi Bakı: Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır

Azərbaycan tərəfi İranın Naxçıvana dron hücumu ilə bağlı müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatında yer alıb. Qeyd olunub ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, regionda gərginliyin artmasına xidmət edir.