CENTCOM: Hörmüz boğazında “F-35” qırıcısı patrul xidməti həyata keçirir

Oxunma vaxtı:22 Saniyə

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı ərazisində “F-35 Lightning II” qırıcı təyyarəsinin patrul xidməti həyata keçirdiyini bəyan edib.

Bu barədə məlumat CENTCOM-un “X” sosial şəbəkə hesabında yayılıb.

“ABŞ Hərbi Hava Qüvvələrinin “Lockheed Martin F-35 Lightning II” qırıcısı Hörmüz boğazı yaxınlığında regional sular üzərində patrul xidməti həyata keçirir. “F-35A” səsdən sürətli uçuş imkanını qoruyaraq 18 000 funt (təxminən 8 165 kq) döyüş sursatı daşıma qabiliyyətinə malikdir”, – məlumatda deyilir.

Loading

Next Post

Slovakiya Ukrayna ilə bütün sərhəd keçid məntəqələrini bağlayıb

Slovakiya bu gündən etibarən Ukrayna ilə bütün sərhəd keçid məntəqələrini bağlayır. Bu barədə ölkənin Maliyyə Administrasiyası məlumat yayıb. Qurumun məlumatına görə, qərar təhlükəsizlik səbəbindən qəbul edilib. Digər təfərrüatlar açıqlanmayıb.