Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Oxunma vaxtı:24 Saniyə

Avqustun 1-nə qədər Bakı-Balakən sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq, gələn aydan isə qatarın fəaliyyəti müvəqqəti dayandırılacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məluma yayıb

Məlumata görə, buna səbəb Qax, Zaqatala və Balakən rayonlarındakı qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərdir. Hazırda zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq. İctimaiyyətə əlavə məlumat veriləcək.

Loading

Next Post

Pakistan ABŞ və İranı silahları yerə qoymağa və danışıqlara çağırıb

Pakistanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ və İranı hərbi əməliyyatları başa çatdırmağa və mübahisəli məsələlərin həlli üzrə danışıqları bərpa etməyə çağırıb. Bu barədə “İnterfaks” Pakistan XİN-in nümayəndəsi Tahir Andrabinin bəyanatına istinadən məlumat yayıb. O qeyd edib ki, münaqişəni danışıqlar masası arxasında həll etmək lazımdır: “Pakistan tərəfləri zorakılığı dayandırmağa və anlaşma […]