Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:25 Saniyə

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin davamlı tərəqqisi ilə bağlı ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin hər iki ölkənin qarşılıqlı mənafeləri naminə bundan sonra da inkişaf edəcəyinə səmimi olaraq əminliyimi bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Loading

Next Post

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb.Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmanla müəyyən edilib ki, Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmənin və nəzarətin (kritik informasiya infrastrukturlarına, dövlət […]