Ali Məhkəməyə yeni hakimlər təyin edilib

DogruSozTv Az
Oxunma vaxtı:20 Saniyə

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Xəyalə Adil qızı Cəmilova və Zaur Nazim oğlu Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunması təklif edilib.

Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, Konstitusiyaya əsasən, Ali Məhkəmə hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclis təyin edir.

Loading

Next Post

Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 25 oktyabr saat 00:00-dan etibarən Bakı Şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər tam məhdudlaşdırılacaq.Sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.