Pakistan ABŞ və İranı silahları yerə qoymağa və danışıqlara çağırıb

Oxunma vaxtı:24 Saniyə

Pakistanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ və İranı hərbi əməliyyatları başa çatdırmağa və mübahisəli məsələlərin həlli üzrə danışıqları bərpa etməyə çağırıb.

Bu barədə “İnterfaks” Pakistan XİN-in nümayəndəsi Tahir Andrabinin bəyanatına istinadən məlumat yayıb.

O qeyd edib ki, münaqişəni danışıqlar masası arxasında həll etmək lazımdır: “Pakistan tərəfləri zorakılığı dayandırmağa və anlaşma memorandumuna uyğun olaraq texniki danışıqları bərpa etməyə çağırmağa davam edəcək”.

İyul ayında ABŞ Prezidenti Donald Tramp İrana zərbələri bərpa edib və atəşkəsin başa çatdığını hesab etdiyini bildirib.

Loading

Next Post

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH

ABŞ və İran qarşılıqlı olaraq bir-birinin hərbi obyektlərinə zərbələr endirdiklərinə dair açıqlamalar yayır. Məlumatlara əsasən, tərəflər arasında iyunda imzalanmış Qarşılıqlı Anlaşma Memorandumunun müddəaları 42 dəfə pozulub. Bununla belə, Vaşinqton və Tehran bu razılaşmadan tamamilə imtina etdikərini bildirmir. Əksinə, İranın nüvə proqramına dair texniki danışıqların davam etdiyi vurğulanır. Odur ki, ölkələr […]