Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

Ukrayna Rusiyanın Krasnodar diyarında dəniz terminalının, eləcə də Sarapul, Kazan və Volqoqradda 3 logistika mərkəzinin vurulduğunu bəyan edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, Krasnodar diyarındakı dəniz terminalı cəbhə xəttindən təxminən 270 km məsafədə yerləşir. Bundan başqa, təmas xəttindən demək olar ki, 480 km məsafədə Volqoqrad vilayətindəki neft emalı zavoduna zərbə endirilib.

Zelenski həmçinin bildirib ki, Ukrayna hərbçiləri Rusiya ərazisində – Sarapul, Kazan və Volqoqradda 500-1300 km məsafədə yerləşən üç logistika mərkəzini vurublar.

Ukrayna Prezidentinin sözlərinə görə, uzaq və orta mənzilli zərbələr uzunmüddətli sanksiyalar planının bir hissəsidir və Rusiya ordusunu müharibəni davam etdirmək üçün lazım olan resurslardan məhrum etməyə yönəlib.

Bundan başqa, Zelenski Azov dənizi akvatoriyasında uğurlu zərbələr endirildiyini bəyan edib.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən “Zülfüqar – 2026” birgə taktiki təlimi başa çatıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah da qatılıb. Birgə taktiki təlimin əsas məqsədi […]