Türkiyədə gəmi batdı – İtkin düşənlər var

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Antalyanın Kumluca rayonu sahillərində Qvineya bayrağı ilə üzən ticarət gəmisi batıb.

Dogrusoztv.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmidə olan 14 nəfərdən beşi xilas edilib,  9 nəfər itkin düşüb. Hazırda onların tapılması yönündə axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə, İskenderundan Ukraynaya gedən ticarət gəmisi digər bütün gəmilərə ümumi təcili yardım çağırışı edib. Əraziyə 7 Sahil Təhlükəsizlik Botu, 2 Sahil Təhlükəsizlik Helikopteri və 1 Sahil Təhlükəsizlik Təyyarəsi cəlb edilib. 

Məlumata görə, batanlar Suriya vətəndaşlarıdır. 

Loading

Next Post

Ad və soyadın dəyişdirilməsində YENİLİK

Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişir. Bu, Milli Məclisin aprelin 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yeri üzrə qeydə alınır. Layihəyə əsasən, ərizə əsasında adın, […]