Putinin bu hədiyyəsi Qərbi təəccübləndirdi

Oxunma vaxtı:24 Saniyə

Rusiya Prezidenti Vladimir Putin Şimali koreyalı həmkarı Kim Çen Ina KXDR prezidentinin sevimli cinsindən olan – Oryol trotteridən 24 at hədiyyə edib.

Bu barədə “The Times” nəşri yazıb.

Nəşrin məlumatına görə, Putinin bu hədiyyəsi Qərbi olduqca təəccübləndirib.

Bildirilir ki, bu, ilk dəfə deyil, Rusiya lideri Kim Çen Ina at hədiyyə edir.

Belə ki, o, 2022-ci ildə də Pxenyana 30 at göndərib.

Bu dəfə hədiyyəyə 19 ayğır və beş madyan daxil olub, onlar Primorsk diyarı ilə dar quru sərhədindən keçirilərək aparılıb.

Loading

Next Post

Bakının iki qəsəbəsində və 20-ci sahədə su olmayacaq

Sentyabrın 3-də, saat 06:00-dan 21:00-dək Bakının Bibiheybət və Şıx qəsəbələri, 20-ci sahənin Elçin Əzizov, Ömər Faiq Nemanzadə, Gülbala Əliyev küçələrinin bir hissəsi, Hüseynbala Əliyev, Oqtay Daşdəmirov, Çernyaxovski küçəsi, Mixail Lermontov, Dağlıq küçələri, 4-cü və 6-cı mədən ərazilərinə suyun verilməsində fasilə yaranacaq. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat […]