“Coca-Cola” rəsmi olaraq Rusiyada satışı dayandırdığını AÇIQLADI

Oxunma vaxtı:23 Saniyə

ABŞ-ın “Coca-Cola” şirkəti Rusiyada içkilərin, eləcə də şirkətin digər məhsullarının istehsalını və satışını dayandıracağını açıqlayıb.

Bu barədə şirkətin məlumatında deyilir.

“Hazırda təmsilçinin Rusiyadakı bütün müştəriləri içki ehtiyatlarını bitirmək prosesindədir. Şirkətin ehtiyatları tükənəndən sonra “Coca-Cola” Rusiya Federasiyasında “Coca-Cola” içkisinin eləcə də şirkətin digər məhsullarının istehsalını və satışını tamamilə dayandıracaq”, – şirkətin məlumatında qeyd olunur.

Qeyd edək ki, “Coca-Cola”nın əsas rəqibi olan “PepsiCo” şirkəti də Rusiyada içkilərin satışını dayandırdığını açıqlayıb./oxu.az

Loading

Next Post

Manatın ağlamalı günləri qabaqdadır, yoxsa?.. - Bəs bahalaşan neftimiz NƏ İŞƏ YARAYIR?

 ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faizini 75 faiz bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu, 1994-cü ildən bəri ən sürətli faiz artımıdır. FED-dən verilən açıqlamaya görə, faizin artırılması qərarına 1-ə qarşı 10 nəfər səs verib – “Kanzas Siti Fed”in sədri Ester Corc 50 faiz bənd artırılmasına səs verib. FED rəhbəri […]