UEFA Konfrans Liqası: “Zirə” Estoniyada “Payde” ilə üz-üzə gələcək

Oxunma vaxtı:15 Saniyə

“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın “Payde” komandası ilə üz-üzə gələcək.

Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da Pyarnu şəhərindəki “Rannastaadion”da start götürəcək.

Komandalar arasındakı ilk görüşü moldovalı referi Roman Jitari idarə edəcək.

Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.

Loading

Next Post

Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub

Tailandın cənubundakı Narathivat əyalətində baş verən silahlı hücum nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub, ikisi uşaq olmaqla 6 dinc sakin isə yaralanıb. Bu barədə Tailand Silahlı Qüvvələrinin Daxili Təhlükəsizliyin Təminatı üzrə Əməliyyatlar Komandanlığı məlumat yayıb. Hərbçilərin məlumatına görə, çərşənbə günü axşam saatlarında 10-a yaxın silahlı şəxs yol yaxınlığındakı […]