Rostov-na-Donuda bütün kütləvi tədbirlər ləğv edildi

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Həftəsonu Rostov-na-Donuda planlaşdırılan bütün kütləvi tədbirlər ləğv edilib.

Bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev teleqram kanalında bildirib.

“Həftəsonu Rostov-na-Donuda planlaşdırılan bütün kütləvi tədbirlərin ləğvi barədə qərar qəbul edildi”, – o yazıb.

Qolubev, həmçinin şəhər sakinlərini şəhərin mərkəzinə getməməyə və evlərini tərk etməməyə çağırıb.
Xatırladaq ki, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rostova daxil olduğunu bildirib: “Bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçib”. O, qarşılarına çıxan hər şeyi məhv edəcəklərini və daha irəli gedəcəklərini qeyd edib.

Loading

Next Post

Putin əhaliyə müraciət edəcək

Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda əhaliyə müraciət edəcək. Dogrusoztv.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Onun ölkədə baş verən son hadisələr barədə çıxış edəcəyi gözlənilir. Qeyd edək ki, ötən gün “Vaqner” rəhbəri Yevgeni Priqojinin teleqram kanalında səs yazıları yayılıb. O, bölmələrinin hücuma məruz qaldığını […]