İlham Əliyev estoniyalı həmkarını təbrik etdi

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Estoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişləndirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Loading

Next Post

""Ana harayı" abidəsinin ziyarəti rəsmi protokola daxil edilsin" - Deputat

“Bakı şəhərində Xətai rayonunda Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidəsi var. Təklif edirəm ki, həmin abidənin ziyarəti rəsmi protokola daxil edilsin”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Məmmədov deyib. “Azərbaycanda səfərdə olan xarici ölkələrin, beynəlxalq qurumların nümayəndəliklərin həmin abidəni ziyarət etməsi üçün tədbirlər görülsün. Bu abidənin […]