Bu qaydanı pozan media orqanları cərimələnə bilər

alfonsonri
Oxunma vaxtı:20 Saniyə

Loqotipini Audovizual Şuranın razılığı olmadan dəyişdirən media orqanları cərimələnəcək.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Audiovizual Şuranın razılığı olmadan dəyişdirilməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 800 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Loading

Next Post

“Türkiyə - tək ürək” proqramından dünya REKORDU

Türkiyə, Azərbaycan və KKTC-də 213 televiziya kanalı və 562 radio ilə canlı yayımlanan zəlzələ qurbanlarının yaralarını sarmaq üçün təşkil edilən “Türkiyə – tək ürək” proqramında toplanan ianələrlə dünya rekordu qeydə alınıb.Türk xalqı, sənət, iş və idman dünyasının qabaqda gələn adları ilə birlikdə zəlzələ qurbanları üçün ianə toplayan proqramda 115 milyard […]