Sabah 25 dərəcə isti olacaq 

Oxunma vaxtı:39 Saniyə

Aprelin 13-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verilib yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % olacaq.

Aprelin 13-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Loading

Next Post

Oğlu və gəlininə vəzifə verən məmur işdən QOVULDU

Rusiyanın Xantı-Mansiysk diyarının Rayonlararası Prokurorluğunun yoxlamasından sonra Tsinqalı kənd qəsəbəsinin rəhbəri vəzifəsindən azad edilib. Departament müəyyən edib ki, məmur antikorrupsiya qanunvericiliyini pozub. Prokurorluq onun oğlu və gəlininin kənd qəsəbəsinin müdirinin tabeliyində işlədiyini müəyyən edib. Belə ki, idarədən qeyd olunub ki, o, maraqların toqquşmasının mövcudluğunu etiraf edib, bu barədə kənd yaşayış […]