TDT Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yaydı

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

Xocalının acı xatirəsi hələ də azərbaycanlı bacı-qardaşlarımızın qəlbində qalıb. Türk Dövlətləri Təşkilatı olaraq biz Xocalı soyqırımı qurbanlarını dərin ehtiramla yad edir, Azərbaycan xalqı və hökuməti ilə çiyin-çiyinə olmağa davam edirik.

Bu barədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kuban Ömürəliyevin Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı müraciətində deyilir.

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından bu gün 31-ci il ötür. Bu zorakılıq nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb”, müraciətdə deyilir.

Loading

Next Post

<strong>Sosioloq: “Qızları abortla məhv edən həkim və valideynlər məsuliyyətə cəlb olunsunlar”</strong>

Azərbaycanda yeni doğulan uşaqlar arasında oğlanların payı çoxluq təşkil edib. İllər əvvəlki vəziyyət dəyişir və qızların sayı azalmaqda davam edib. Bu isə cəmiyyətdə kəskin sosial problemlərin carçısıdır. Müşahidələr və statistik göstəricilər göstərib ki, son onilliklərdə Azərbaycanda yeni doğulanlar arasında cinsi nisbətin disbalansı baş verib. Bu isə həqiqətən də ciddi problemdir.  […]