Deputat: Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?

Oxunma vaxtı:42 Saniyə

İrsi xəstəliklərin çoxu qohum evliliyi ilə bağlıdır. Bəzən arqument kimi deyirlər ki, qohum olmayanın da xəstə uşağı olur. Qohum olmayan evliliklərdə əngəlli uşaqların doğulması 2-4 faizdir. Amma qohumluq olanda bu göstərici 4-8 faizdən çoxdur.

Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova deyib.

“Bu onu göstərir ki, ölkəmizin genefonduna böyük zərbə dəyir. Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar göstərilib. Bu, birinci dərəcəli qohumlar arasında qadağandır. İkinci dərəcəli – xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi? Bunu qanunda yazsaq işləyəcəkmi? O qədər gözəl qanun var, amma işlək mexanizm yoxdur. Bizdə qohum evliliyinə münasibət daşlaşmış streotipdir. Haçansa hansısa formada qanunvericiliyə müəyyən şərtlər daxilində icazə və ya müxtəlif hallarda məhdudlaşdırılma kimi dəyişikliklər edilə bilər. Burada real iş maarifləndirmənin gücləndirilməsi və bunun fəsadlarının cəmiyyətə çatdırılmasıdır”, – deputat qeyd edib.

Loading

Next Post

Prezidentdən müddətli həqiqi hərbi xidmətlə bağlı - Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.  Sərəncamda deyilir: “1. 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, […]