Bakı–Sumqayıt yolunda avtoqəza olub, tıxac yaranıb

DogruSozTv Az
Oxunma vaxtı:18 Saniyə

Bakı–Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, yolda sıxlıq yaranıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

Bildirilib ki, sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiyinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilib və hərəkət tam bərpa edilib. 

Loading

Next Post

Sabah Masallıda 10 mindən çox abonentin qazı kəsiləcək

Sabah Masallı rayonunun bir sıra kəndlərinin, ümumilikdə 10 300 abonentinin və 37 sənaye obyektinin qaz təchizatının dayandırılması planlaşdırılır.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb Masallı rayonu ərazisində yerləşən sənaye və əhali  qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılmasıdır. Bu məqsədlə […]