Sabah Masallıda 10 mindən çox abonentin qazı kəsiləcək

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Sabah Masallı rayonunun bir sıra kəndlərinin, ümumilikdə 10 300 abonentinin və 37 sənaye obyektinin qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Masallı rayonu ərazisində yerləşən sənaye və əhali  qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılmasıdır.

Bu məqsədlə sentyabrın 10-da saat 10:00-dan işlər başa çatanadək Təklə, Əhmədli, Sığıncaq, Xoşçobanlı, Stansiya Masallı, Ləngan, Mollahəsənli, Həsənli, Hacıtəpə, Xırmandalı, Köçəkli, Ərəb, Təkdam, Məmmədxanlı, Xallı-Callı, Kürdəbaz, Qədirli, Qarğalıq, Eminli, Viləş, Yeddioymaq-1, Yeddioymaq-2, Şıxlar, Qasımlı, Qızılağac, Alışanlı, Bala Təklə və Səmidxan-1 kəndlərinin qaz təchizatı dayandırılacaq.

Loading

Next Post

Zelenski: Putin Uitkoffa Donbası ilin sonuna qədər alacağına söz verib

Putin ilin sonuna qədər Donbası almaq istəyir, bu, Rusiyaya iki və ya üç milyon insanın həyatına başa gələcək. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABC News-a müsahibəsində deyib. “O (Putin), amerikalılara, Ağ Evə və Prezident Trampın nümayəndəsi Uitkoffa Donbası ilin sonuna qədər maksimum iki-üç ayda alacağını söyləyib”, – Zelenski bildirib. […]