Ərdoğan Bayraq Günü münasibətilə Azərbaycanı təbrik edib

Oxunma vaxtı:15 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Türkiyə lideri bununla bağlı “X” hesabında paylaşım edib.

“Dostumuz, qardaşımız, tale ortağımız Can Azərbaycanın 9 Noyabr – Dövlət Bayrağı Gününü təbrik edir, əziz qardaşım, Prezident İlham Əliyevin timsalında Azərbaycan xalqına salam və məhəbbətimi göndərirəm”, – paylaşımda qeyd olunub.

Loading

Next Post

Bu gün Azərbaycanda COP29-a start verilir

Bu gündən Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində böyük təcrübəyə malik olan Azərbaycanda Tərəflər Konfransının bu ilki tədbirləri 11-22 noyabr tarixlərində baş […]