İşğaldan azad edilən ərazilədə qoruq və milli parklar yaradılacaq

Oxunma vaxtı:41 Saniyə

İşğaldan azad edilən ərazilərdə yeni qoruqların yaradılması üçün planlar hazırlanır.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı” verilişində çıxış edərkən deyib.

Onun sözlərinə görə, işğaldan əvvəl milli park anlayışı yox idi. Artıq qanunvericlik milli parkların yaradılmasına imkan verir: “Buna görə də yeni milli parklar yaradılacaq. Bu, imkan verəcək ki, yaxın gələcəkdə insanlarımız oraya getdikdə gözəl meşələrimizi gəzsinlər. Orada həm mühafizə, həm də turizm rekreasiya komponenti olacaq”.

H.Əlizadə qeyd edib ki, işğal altında olan ərazilərimizdə 4 yasaqlıq və iki dövlət təbiət qoruğu var idi: “Onların vəziyyəti yaxşı deyil. Yasaqlıqdakı ağacların kəsildiyi qeydə alınıb. Bütün bunlar həmin ərazilərdə davamlı tədbirlərin görülməsini tələb edir. Biz ümid edirik ki, mühafizə tədbirləri görüldükdən sonra həmin ərazilərdə təbii bərpa prosesi gedəcək və oralar yenidən canlanacaq”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılması ilə bağlı görüş keçirdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, mövcud hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ilə bağlı həmin qurumların rəhbər şəxsləri ilə görüş keçirdi. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının […]