Girov saxlanılan gəmiçilərimiz Vətənə gətirildi

Oxunma vaxtı:38 Saniyə

Xarici İşlər Nazirliyi (XİN) Eritreyada saxlanılan gəmilərin heyətinin ölkəmizə geri gətirilməsi ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan Respublikası vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində tərəfimizdən aparılmış uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, ölkəmizə geri gətirilib.

Gəmi heyəti Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı Səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib.

Bu prosesdə yaxından dəstək göstərən Türkiyə Respublikasının Eritreya Dövlətindəki Səfirliyinə dərin minnətdarlığımızı bildiririk”

Loading

Next Post

Bayram namazının vaxtı açıqlandı

Ramazan bayramının namazı martın 30-u bəzi məscidlərdə saat 8.00-da, əksərlərində isə 9.00-da başlayacaq.Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib. “Namazın vaxtının təyinatı məscid imamlarının ixtiyarındadır. Məscidin icma rəhbəri və imamı məsləhətləşərək uğun vaxt təyin edirlər. Məscid camaatı 1 gün öncədən imamdan və ya icma rəhbərindən məlumatı […]