Azərbaycan-Albaniya arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

DogruSozTv Az
Oxunma vaxtı:45 Saniyə

Azərbaycan Səhiyyə Nazirliyində Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia ilə görüş keçirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, səhiyyə naziri Teymur Musayev iki ölkə arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Nazir dövlət başçılarının görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan-Albaniya münasibətlərini daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb.

Teymur Musayev həmçinin, iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib:

“Ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Bundan əlavə, müalicəvi turizm sahəsində də əməkdaşlıq potensialı yüksəkdir”.

Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Öz növbəsində Besart Kadia dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, iki ölkə arasında dostluq münasibətlərinin mövcudluğunu qeyd edib.

Diplomat, həmçinin ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib.

Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.

Loading

Next Post

"Qarabağ" - "Kopenhagen" oyunu üçün biletlərin əksəriyyəti satılıb

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb. 5, 10 və 30 manatlıq biletlər tam tükənib. Standart qiymətlər 5, 10, 30, 40, 50, 75 manat, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar üçün 500 manatdır. […]